Yaponiya donanmasının iki helikopteri Sakit okeana düşüb

Yaponiya donanmasının iki helikopteri Sakit okeana düşüb

Bakı. TurkicWorld:

Yaponiya donanmasının iki helikopteri Sakit okeana düşüb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Müdaifə naziri Kihara Minoru mətbuata açıqlama verib.

Kihara, paytaxt Tokionun cənubundakı Torishima adasının sahillərində hər biri 4 nəfərlik SH-60K model helikopterlərlə əlaqənin kəsildiyini qeyd edib.

Qəzanın səbəbi hələ müəyyən edilməyib. Bölgədə axtarış-xilasetmə işləri davam edir.

Hafiz Rufizoğlu