Pakistan Qəzza zolağına 400 ton humanitar yardım göndərib

Pakistan Qəzza zolağına 400 ton humanitar yardım göndərib

Bakı. TurkicWorld:

Pakistan Qəzza zolağına 400 ton humanitar yardım göndərib.

TurkicWorld xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Naziri Məhəmməd İshaq Dar məlumat verib.

Məlumatda bildirilib ki, Pakistan dəniz yolu ilə Qəzzaya 400 ton həcmində izolyasiya edilmiş çadırlar, ədyallar, dərmanlar və ərzaqdan ibarət səkkizinci humanitar yardım göndərib.

Misirin Port-Səid şəhərindəki yük Pakistan səfirliyi tərəfindən qəbul edilərək Qəzza əhalisinə çatdırılması üçün Misir Qızıl Aypara Cəmiyyətinə təhvil veriləcək.

Nazir, İslamabadın Qəzza zolağında Fələstin mülki əhalisinə humanitar yardım göstərməyə davam edəcəyini bildirib.