Pakistanda silahlı hücum: ölənlər var

Pakistanda silahlı hücum: ölənlər var

Bakı. TurkicWorld:

Pakistanın cənub-qərbindəki Bəlucistanda silahlıların hücumu nəticəsində 11 nəfər həlak olub.

TurkicWorld bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, ondan çox yaraqlı Nuşka şəhərindən 1 km aralıda milli avtomobil yolunu bağlayıb. Silahlı qüvvələr maşınları yoxlamağa başlayıb, dayanmayanlara atəş açılıb. Mərmilər nəticəsində avtomobillərdən biri aşıb, iki nəfər ölüb.

Yaraqlılar işçiləri daşıyan sərnişin avtobusunu da saxlayıb, 9 nəfəri qaçırıblar.