Ərdoğan Pakistanın baş naziri ilə ikitərəfli əlaqələri müzakirə edib

Ərdoğan Pakistanın baş naziri ilə ikitərəfli əlaqələri müzakirə edib

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistanın baş naziri Şahbaz Şərif arasında telefon danışığı olub.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, telefon danışığı zamanı ikitərəfli əlaqələri və regional məsələləri müzakirə edib.

Prezident Ərdoğan Pakistanda baş verən son terror aktlarında həyatını itirənlərə və onların yaxınlarına başsağlığı verib.

Bundan əlavə, liderlər bir-birlərini Ramazan bayramı münasibətilə təbrik ediblər.

X: Lamanasadli01