Bakı,TurkicWorld
Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Naziri Mehmet Özhaseki, Monqolustanın Tikinti və Şəhərsalma Naziri Tserenpil Davaasuren ilə “Mənzil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzaladıqlarını bildirib.
TurkicWorld xəbər verir ki, bu barədə Nazir Özhaseki sosial media hesabında açıqlama verib.
“Ölkəmizin şəhərsalma və mənzil tikintisi sahəsində təcrübəsini qardaş ölkəmiz Monqolustanla bölüşmək üçün imzaladığımız anlaşma memorandumu ölkələrimiz üçün faydalı olsun. Monqolustanda aztəminatlı ailələr üçün sosial mənzil layihələri həyata keçirmək və mənzil sektorunu inkişaf etdirmək təcrübələrimizi mənzil tikintisində marka dəyəri olan TOKİ Rəhbərliyimizlə bölüşəcəyik.”,- Özhaseki vurğulayıb.