Avropa İttifaqında Liderlər Zirvəsi başlayıb

Avropa İttifaqında Liderlər Zirvəsi başlayıb

Bakı, TurkicWorld:

Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Brüsseldə bir araya gələrək iqtisadiyyat və rəqabət qabiliyyəti kimi məsələləri müzakirə ediblər.

TurkicWorld xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə keçirilən Aİ Liderlər Sammitinin ikinci gün sessiyası başlayıb.

Aİ Şurasının sədri Çarlz Mişel liderlər arasında müxtəlif proqramlar üçün birgə borclanma ilə bağlı müzakirələr aparıldığına diqqət çəkib.

O vurğulayıb ki, Aİ daxilində kapital bazarları birliyinin yaradılması və Avropa İnvestisiya Bankının strateji sektorlarda investisiya potensialının artırılması üçün konkret təkliflər mövcuddur.