Argentina İranı yəhudi icmasına qarşı hücumlarda ittiham edir

Argentina İranı yəhudi icmasına qarşı hücumlarda ittiham edir

Bakı,TurkicWorld

Argentina məhkəmə sistemi İranı 1992 və 1994-cü illərdə Buenos Ayresdə yəhudi icmasına qarşı hücumlarda ittiham edir.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Argentina məhkəməsi 1992 və 1994-cü illərdə baş vermiş iki qanlı hücumdan otuz ildən çox müddət sonra Kassasiya Məhkəməsinin İkinci Palatası dünən İranı “terrorçu dövlət” elan edərək, onu məsuliyyətə cəlb edib.

Məhkəmənin qərarda deyilir ki, İran 1992-ci ildə İsrail səfirliyinə hücum, 1994-cü ildə isə “Argentina İsrail Dərnəyi”nin (AMIA) mərkəzinə hücumu əmr verib.”

Məhkəmə həmçinin Tehran tərəfindən dəstəklənən Livan Hizbullahını ittiham edib və “AMİA” mərkəzinə hücumu Argentina tarixində ən qanlı olan terror aktı və “insanlığa qarşı cinayət” kimi qiymətləndirib.

Qeyd edək ki, 1992-ci ildə İsrail səfirliyinə hücum nəticəsində 29 nəfər həlak olmuşdu. İki il sonra partlayıcı yüklü yük maşını ilə “AMİA” mərkəzini hədəf alan hücumda 85 nəfər ölüb, 300 nəfər yaralanıb.

Argentinadakı İsrail assosiasiyalarının nümayəndə heyətinin rəhbəri Xorxe Noblovits məhkəmə qərarının Argentina və zərərçəkənlər qarşısında bir vəzifə olduğunu qeyd edib və məhkəmənin qərarını terrorimzmə qarşı böyük zəfər adlandırıb.