Fransa XİN İsrailə sanksiya tətbiq etməyə çağırıb

Fransa XİN İsrailə sanksiya tətbiq etməyə çağırıb

Bakı. TurkicWorld:

Beynəlxalq ictimaiyyət daha çox quru keçidləri açmağa və Qəzzaya daxil olan yardımın həcmini artırmağa məcbur etmək üçün İsrailə potensial olaraq sanksiyalar tətbiq etməlidir.

TurkicWorld xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Stephane Sejourne bildirib.

"Fransa İordan çayının qərb sahilində zorakılıq hərəkətlərinə görə İsrailə qarşı Avropa İttifaqına sanksiyalar təklif edən ilk ölkələrdən biri olub”, - deyə o əlavə edib.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 33 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

X: Lamanasadli01