Son dəqiqə

Fələstin İsrail Danimarka Qəzza Lars Lokke Rasmussen

Danimarka İsrailə qarşı məhdudiyyətləri artıracaq

Bakı. TurkicWorld:

Danimarka Qəzzaya davam edən hücumlarının mülki şəxslərə qarşı "dağıdıcı nəticələri" səbəbindən İsrailə hərbi ixracatda məhdudiyyətləri artıracaq.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Danimarka xarici işlər naziri Lars Lokke Rasmussen açıqlayıb.

“İsrail və HƏMAS arasında davam edən müharibənin Qəzzada dinc əhali üzərində dağıdıcı nəticələrinə uyğun olaraq, 25 mart 2024-cü il tarixindən etibarən Danimarka Xarici İşlər Nazirliyi olaraq İsrailə hərbi ixracatla bağlı yanaşmamızı daha da sərtləşdirdik”, - deyə o vurğulayıb.

Rasmussen onu da qeyd edib ki, İsrailə "ikili istifadə" olaraq bilinən və həm hərbi, həm də mülki məqsədlər üçün istifadə oluna bilən texnologiya və hərbi ixracat üçün müraciətlərə bir-bir baxılacaq.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 33 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübut təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər