Yaponiya zəlzələdən zərər çəkmiş Tayvana bir milyon dollar yardım göndərəcək

Yaponiya zəlzələdən zərər çəkmiş Tayvana bir milyon dollar yardım göndərəcək

Bakı. TurkicWorld:

Yaponiya hökuməti zəlzələdən zərər çəkən Tayvana bir milyon dollarlıq təcili yardım göndərəcəyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Yaponiya Xarici işlər naziri Kamikava Yoko məlumat verib.

Məlumatda bildirilib ki, qida, su və tibbi ləvazimatların olduğu təcili yardım "Yaponiya-Tayvan Mübadilə Assosiasiyası" vasitəsilə bölgəyə köçürüləcək.

"Əhəmiyyətli dostlar kimi Yaponiya və Tayvan qarşılaşdığımız hər bir çətinlikdə bir-birini dəstəkləyiblər", - deyə Kamikava bildirib.

Qeyd edək ki, aprelin 3-də Tayvanda baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində 12 nəfər ölüb, 1133 nəfər xəsarət alıb.

Bundan əlavə, 24 sürüşmə baş verib, 35 yol, körpü, tunel və 125 bina zədələnib.