Tayvandakı zəlzələdə ölənlərin sayı artıb

Tayvandakı zəlzələdə ölənlərin sayı artıb

Bakı. TurkicWorld:

Tayvanın Hualien şəhərində baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 13-ə yüksəlib.

TurkicWorld xəbər verir ki, bu barədə zəlzələdən sonra yaradılan Təcili Yardım Mərkəzi açıqlama verib.

Qeyd edilib ki, itkin düşdüyü bildirilən altı nəfərin axtarışları davam edir. 442 nəfər zəlzələ nəticəsində yaranan sürüşmə və təkanların yolları və keçidləri bağlaması səbəbindən qapalı vəziyyətdə qalıb.

Rəsmi məlumatlara görə, indiyədək zəlzələ nəticəsində 1145 nəfər xəsarət alıb.

Qeyd edək ki, zəlzələdən sonra üç gün ərzində 603 afterşok qeydə alınıb ki, onlardan 23-ü 5 baldan böyük olub.

Hafiz Rufizoğlu