Antalyada zəlzələ olub

Antalyada zəlzələ olub

Bakı. TurkicWorld:

Türkiyənin Antalya şəhərində 3.9 maqnitudalı zəlzələ baş verib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Məlumatda bildirilir ki, zəlzələ 28,43 kilometr dərinliyində baş verib.

Zəlzələ nəticəsində dağıntıların olmadığı bildirilib.