Türkiyədə ard-arda zəlzələ olub

Türkiyədə ard-arda zəlzələ olub

Bakı, TurkicWorld:

Türkiyənin Tokat vilayətində 4,7 və 4,1 bal gücündə iki zəlzələ baş verib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Məlumata görə, zəlzələ yerin 10 və 7 kilometr dərinliyində baş verib.

Zəlzələdən sonra valilik tərəfindən Sulusaray, Yeşilyurt ve Artova rayonlarında təhsil bir gün müddətinə dayandırılıb.