Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda zəlzələ olub

Astana. TurkicWorld:

Qazaxıstanda 4,4 maqnitudalı zəlzələ olub.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmik stansiyalar şəbəkəsi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 11:19-da qeydə alınıb. Zəlzələnin episentri Qazaxıstan ərazisində Almatı şəhərindən 760 km şimal-şərqdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.