Bakı, TurkicWorld:
Finlandiya tərəfindən daha əvvəl bağlanmış keçid məntəqələri və Rusiya sərhədindəki bəzi limanlar qeyri-müəyyən müddətə bağlı qalacaq.
TurkicWorld xəbər verir ki, Finlandiya bu tədbirlərlə ölkəyə qeyri-qanuni immiqrant axınının qarşısını almağı hədəfləyir.
"Hökumət Rusiya sərhədindəki keçid məntəqələrinin aprelin 15-dən etibarən bağlı qalmasına qərar verib", - deyə Finlandiya Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd edək ki, Finlandiya fevral ayında verdiyi bəyanatda sərhədin bağlanmasının aprelin 14-dək davam edəcəyini açıqlamışdı.