Bakı. TurkicWorld:
NATO-nun baş katibi Yens Stoltenberq İsrailin Qəzzada humanitar yardım təşkilatı World Central Kitchen (WCK) işçilərini hədəf alan hücumunu pisləyib.
TurkicWorld xəbər verir ki, bu barədə Stoltenberq Brüsseldə keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısının ilk gün iclaslarının sonunda jurnalistlərə açıqlama verib.
O, Qəzzada baş verənlərin humanitar fəlakət olduğunu deyib.
“Qəzza zolağında əzab-əziyyəti görürük, dinc insanların öldürüldüyünü görürük, yardım işçilərinə hücumu da gördük. Bu hücumu qınayıram” – deyə Stoltenberq bildirib.
Xatırladaq ki, aprelin 1-də İsrail ordusu Qəzza zolağında fəaliyyət göstərən World Kitchen Center-in (WCK) humanitar yardım işçilərinə hücum edib. Hücum zamanı yeddi yardım işçisi həlak olub.
Tasnem Ismukhan