Son dəqiqə

ÜST

Pandemiya sazişi ilə bağlı may ayının sonu razılığa gəlinə bilər - ÜST

Bakı. TurkicWorld:

Rəsmi olaraq 7 milyon insanın həyatına son qoyan və dünya iqtisadiyyatına 2 trilyon dollar ziyan vuran COVID-19 fəlakətinin təsirlərini hələ də hiss etdiyimiz bir zamanda, 2021-ci ilin dekabrında dünyanın 196 ölkəsindən 194-ü arasında gələcək pandemiyanın qarşısının alınması ilə bağlı beynəlxalq razılaşmanın əldə edilməsi üçün hökumətlərarası danışıqlara başlanıldı. Ölkələr dünyanın ilk Pandemiya Sazişinə dair razılığa gəlmək üçün son tarixi 2024-cü ilin may ayına təyin etdilər.

TurkicWorld xəbər verir ki, bu barədə ÜST-nin Dayanıqlı Qlobal Sağlamlıq Maliyyəsi üzrə səfiri, BMT-nin Qlobal Təhsil üzrə xüsusi elçisi və Böyük Britaniyanın keçmiş baş naziri Qordon Braunun, 100-dən çox dünya liderinin və ekspertinin ÜST-nin üzv dövlətləri tərəfindən müzakirə edilən pandemiya sazişinə dair açıq məktubu ilə bağlı məlumatında qeyd edilib.

"Pandemiya sazişi danışıqlarının doqquzuncu raundu mart ayının sonunda keçirilib. Sözügedən açıq məktubu imzalayanlar ümid edirlər ki, onların bu birgə addımları 194 ölkəni COVID illərindəki cəsarətlərini qorumağa və Sazişin Ümumdünya Səhiyyə Assambleyasının2024-cü ilin may ayında keçiriləcək sessiyasında təsdiqlənməsini təmin etmək üçün nəzərdə tutulan tarixə qədər beynəlxalq pandemiya protokoluna dair öz kollektiv ambisiyalarını reallığa çevirməyə təşviq edəcək.

Onlar tərəfləri yaxınlaşan son tarixə yetişmək üçün "səylərini ikiqat artırmağa" çağırır və fəaliyyətlərini yeni sağlamlıq sazişini həyata keçirmək öhdəlik veriləcək beynəlxalq təşkilat - ÜST-yə qarşı təbliğat kampaniyası aparan zərərli dezinformasiyaya yol verməməyə çağırırlar.

İctimai səhiyyə üçün irəliyə doğru atılan bu böyük beynəlxalq addımla milli suverenliyin zədələnə biləcəyinə yanlışlıqla inananları sərt şəkildə tənqid edən bu sənədin imzaçıları "boş yerə sərf etməyə vaxt yoxdur" deyirlər və hazırkı danışıqlarda iştirak edən 194 dövlətin liderlərinə çağırış edirlər. Sazişi may ayına qədər yekunlaşdırmaq üçün səyləri ikiqat artıracağıq", - deyə əlavə edilib.

Mövzuya görə xəbərlər