Bakı. TurkicWorld:
İspaniya hökuməti bu il iyul ayınadək Fələstin dövlətini tanıyacaq.
TurkicWorld xəbər verir ki, bu barədə İspaniyanın baş naziri Pedro Sançes Yaxın Şərqə səfərində onu müşayiət edən jurnalistlərə deyib.
KİV-in məlumatına görə, Sançes yaxın aylarda beynəlxalq arenada bir sıra mühüm hadisələr baş verəcək ki, bu da digər ölkələrin sözügedən təşəbbüsə qoşulmasına imkan yaradacaq.
Qeyd edək ki, İspaniyanın baş naziri Pedro Sançes aprelin 1-də Yaxın Şərqə səfərə yola düşüb. Baş nazirin Yaxın Şərq turnesi çərçivəsində İordaniya, Səudiyyə Ərəbistanı və Qətərə səfər edəcəyi bildirilib.