Bakı. TurkicWorld:
ABŞ Ukraynanın Rusiyada neft emalı zavoduna hücumlarından narahatdır.
TurkicWorld xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski "The Washington Post" qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ-nin Rusiyadakı neft emalı zavoduna PUA hücumlarına reaksiyası müsbət olmayıb.
"Biz öz PUA-larımızdan istifadə etdik. Heç kim bizə bunu edə bilməyəcəyimizi deyə bilməz", - deyə Zelenski əlavə edib.
Ukrayna prezidenti PUA hücumlarının Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrinə cavab olduğunu bildirib.