Fransa Ukraynaya 400 kəşfiyyat dronu göndərəcək

Fransa Ukraynaya 400 kəşfiyyat dronu göndərəcək

Bakı. TurkicWorld:

Fransanın "Delair" şirkəti Ukraynaya 400 kəşfiyyat dronu göndərəcək.

TurkicWorld Ukrayna KİV-ə istinadən xəbər verir ki, dronların istehsalı üzrə müqavilə artıq bağlanılıb.

Dronlardan birinin "DT26", digərinin isə "UX11" olduğu bildirilib.

"Bu cihazlar mülki sektor üçün hazırlanıb, lakin hazırda yüzlərlə bu cür dronlar Ukraynada döyüş meydanında istifadə olunur. Bir il ərzində "DT26" istehsalının sürətini üçqat artırmışıq", - "Delair" şirkətinin baş direktoru Bastyen Mançini deyib.

"UX11" dronlarından da il ərzində yüzlərlə ədəd istehsal olunduğu qeyd edilib. Lakin dronların Ukraynaya konkret olaraq nə vaxt tədarük ediləcəyi açıqlanmayıb.