Suren Papikyan Fransa Senatının Fransa-Ermənistan Dostluq qrupunun rəhbəri ilə görüşüb

Suren Papikyan Fransa Senatının Fransa-Ermənistan Dostluq qrupunun rəhbəri ilə görüşüb

Bakı. TurkicWorld:

Ermənistanın müdafiə naziri Suren Papikyan Fransa Senatının Fransa-Ermənistan Dostluq qrupunun rəhbəri Gilbert-Luc Devinazilə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüşdə Fransanın Ermənistandakı səfiri Olivye Dekotini iştirak edib.

Qeyd olunub ki, tərəflər Ermənistan və Fransa arasında müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.