"Crocus City Hall"da törədilən terror aktında iştirak edən terrorçuların Ukrayna tərəfi ilə təmasları olub - Federal Təhlükəsizlik Xidməti

"Crocus City Hall"da törədilən terror aktında iştirak edən terrorçuların Ukrayna tərəfi ilə təmasları olub - Federal Təhlükəsizlik Xidməti

Bakı. TurkicWorld:

"Crocus City Hall"da törədilən terror aktında iştirak edən terrorçular Rusiya-Ukrayna sərhədinə doğru gizlənməyə çalışıblar.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat məlumat yayıb.

Qeyd olunub ki, terrorçular sərhədi keçməyi planlaşdırıb və Ukrayna tərəfi ilə təmaslara malik olub.

Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.

Terror aktında ölənlərin sayı 93 nəfərə çatıb, 100 nəfər yaralanıb.