Bakı. TurkicWorld:
Rusiya Federasiyası təəssüf edir ki, Ermənistan KTMT-nin ictimai tənqidinə davam edir.
TurkicWorld xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bu gün həftəlik brifinq zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatlarını şərh edərkən deyib.
"Biz təəssüf edirik ki, Ermənistan hakimiyyəti KTMT-nin ictimai tənqidinə davam edir. Təkcə tənqid deyil, tənqid də etmək olar, lakin (tənqid) əsassızdır. Bu, təşkilatın katibliyinin rəhbərliyi KTMT-nin nizamnamə məqsəd və prinsiplərinə tam uyğun olaraq respublika qarşısında bütün öhdəliklərin qorunub saxlanıldığını açıq şəkildə təsdiqləyib", - o deyib.
Qeyd edək ki, Paşinyan bundan əvvəl bəyan etmişdi ki, KTMT üzv ölkələrin, Rusiya, Ermənistan və digərlərinin ümid edə biləcəyi mexanizm kimi mövcud deyil.
"Bu isə KTMT-nin reaksiyası və bəzi üzv ölkələrin bəyanatları ilə əsaslandırılır. Bizim cəmiyyət bizə deyir ki, niyə KTMT-nin üzvü olmağa davam edirsiniz? Düzünü desəm, bu suala cavabım yoxdur", - Paşinyan deyib.