Bayden dörd ştatda ilkin seçkidə qalib gəldi

Bayden dörd ştatda ilkin seçkidə qalib gəldi

Bakı. TurkicWorld:

ABŞ Prezidenti Co Bayden Arizona, İllinoys, Kanzas və Ohayo ştatlarında keçirilən ilkin seçkidə qalib gəlib.

TurkicWorld xəbər verir ki, bu proqnozu “Politico” qəzeti təqdim edib.

Qəzetin qiymətləndirmələrinə görə, İllinoys ştatında Baydeni demokratların 91,3%-i, Kanzasda seçicilərin 83,8%-i, Ohayoda 87%-i, Arizonada 90%-i dəstəkləyib.