Bayden Putinlə metan emissiyalarını müzakirə etməsindən danışıb

Bayden Putinlə metan emissiyalarını müzakirə etməsindən danışıb

Bakı. TurkicWorld:

ABŞ prezidenti Co Bayden 2021-ci ildə Cenevrədə Rusiya prezidenti Vladimir Putinlə metan emissiyalarını müzakirə etməsindən danışıb.

TurkicWorld xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya lideri metan emissiyaları ilə bağlı nə düşündüyü barədə suala problemin mövcudluğundan xəbərdar olduğunu bildirib, lakin bununla bağlı nə etməli olduğuna dair heç bir təsəvvürə malik olmayıb.

"Biz problemlərin olduğunu bilirik, lakin əlaqəli şəkildə çalışsaq, bunları necə həll edəcəyimizi də bilirik", - deyə Bayden əlavə edib.

Qeyd edək ki, Putin və Bayden Cenevrədə 2021-ci il iyunun 16-da "La Grange" villasında görüşüblər. Görüş 4 saata yaxın davam edib.

Görüşün yekunlarına görə, ABŞ və Rusiya prezidentəri strateji silahlara nəzarət haqqında birgə bəyanat qəbul ediblər.