İsrail yardımların fələstinlilərə çatmasını təmin etməlidir

İsrail yardımların fələstinlilərə çatmasını təmin etməlidir

Bakı. TurkicWorld:

İsrail yardımların fələstinlilərə çatmasını təmin etməlidir.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden deyib.

Bayden Qəzzada humanitar böhrana müdaxilə üçün 95 milyard dollarlıq Ukrayna-İsrail yardım paketində 1 milyard dollar ayırdıqlarını açıqlayıb.

Paketdə İsrailə hərbi dəstək üçün 26 milyard dollar ayrıldığını qeyd edən Bayden, bu hissədə Qəzzaya humanitar yardım üçün də 1 milyard dollar vəsait ayırdıqlarını bildirib.

“Bu qanun layihəsi həm də Qəzzanın günahsız xalqına göndərdiyimiz humanitar yardımı əhəmiyyətli dərəcədə artırır.” – deyə o qeyd edib.

Qeyd edək ki, Ukraynaya hərbi dəstək üçün 61 milyard dollar, İsrailə hərbi dəstək üçün 26 milyard dollar, Qəzza da daxil olmaqla müharibə bölgələrinə humanitar yardım üçün 9 milyard dollar, Hind-Sakit okean regionuna (Tayvan) dəstək üçün 8,1 milyard dollar ayrılıb.

Hafiz Rufizoğlu