Putinə Rusiya prezidentinin vəsiqəsi təqdim olunub

Putinə Rusiya prezidentinin vəsiqəsi təqdim olunub

Bakı. TurkicWorld:

Vladimir Putinə Rusiya Federasiyası prezidentinin vəsiqəsi təqdim olunub.

TurkicWorld Rusiya KİV-ə istinadən xəbər verir ki, Rusiya Federasiyası prezidentinin vəsiqəsini Vladimir Putinə Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova təqdim edib.

Pamfilova Rusiyada keçirilən prezident seçkilərinin nəticəsini heyrətamiz adlandıraraq rus xalqının müdrik olduğunu əlavə edib.

Prezident Putin də öz növbəsində Mərkəzi Seçki Komissiyasına fəaliyyətinə görə minnətdarlığını bildirib.