Rusiyada prezident seçkilərinin yekun nəticələri məlum olub

Rusiyada prezident seçkilərinin yekun nəticələri məlum olub

Bakı. TurkicWorld:

Martın 21-də Rusiyada prezident seçkilərinin yekun nəticələri açıqlanıb.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Məlumata görə, Rusiyanın hazırkı prezidenti Vladimir Putin prezident seçkilərində 87,28 faiz səs toplayıb.

İkinci yerdə 4,31 faiz səslə Kommunist Partiyası fraksiyasından Dövlət Dumasının deputatı Nikolay Xaritonov olub.

Dövlət Dumasının vitse-spikeri, Yeni İnsanlar Partiyasının üzvü Vladislav Davankov 3,85 faiz səslə üçüncü yeri tutub.

Rusiya Liberal Demokrat Partiyasının (LDPR) rəhbəri Leonid Slutski seçicilərin 3,20 faiz dəstəyini alaraq dördüncü yer qərarlaşıb.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri bu il 15,16 və 17 mart tarixlərində keçirilib.