Çinin elektrik avtomobillərinin ABŞ-a ixracı qadağan edilə bilər

Çinin elektrik avtomobillərinin ABŞ-a ixracı qadağan edilə bilər

Bakı. TurkicWorld:

ABŞ Senatının Bank komitəsinin sədri Şerrod Braun prezident Co Baydeni Çin istehsalı olan elektrik avtomobillərinin ölkəyə idxalını qadağan etməyə çağırıb.

TurkicWorld xəbər verir ki, o bu barədə X sosial media hesabında paylaşım edib.

"Çin elektrik avtomobilləri Amerika avtomobil sənayesi üçün ekzistensial təhlükədir", - deyə o bildirib.

Qeyd edək ki, fevral ayında Ağ Ev bildirmişdi ki, ABŞ Çin avtomobillərinin milli təhlükəsizlik riski olub-olmaması ilə bağlı araşdırmaya başlayır.

X: Lamanasadli01