Son dəqiqə

Fələstin İsrail ABŞ Misir Co Bayden Əbdülfəttah əs-Sisi Qəzza HƏMAS

Bayden Misir və Qətərlə Qəzzada atəşkəs məsələsini müzakirə edib

Bakı. TurkicWorld:

ABŞ prezidenti Co Baydenlə Misir prezidenti Əbdülfəttah əs-Sisi və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani arasında telefon danışığı olub.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Məlumata əsasən, danışıqlar zamanı Bayden Misir və Qətərin iştirak etdiyi atəşkəs danışıqları ilə bağlı prosesi hərtərəfli müzakirə edib və Sisi və Şeyx Təmimə bu istiqamətdə göstərdikləri səylərə görə təşəkkür edib.

HƏMAS masada duran atəşkəs təklifini qəbul edərsə, Qəzzada dərhal atəşkəs əldə ediləcəyini, bölgəyə intensiv humanitar yardımların daxil olacağını, bunun müqabilində HƏMAS tərəfindən saxlanılan girovların azad ediləcəyini vurğulayan Bayden Misir və Qətərdən atəşkəs razılaşması ilə bağlı HƏMAS-a təsirlərindən istifadə etməyi istəyib.

Xatırladaq ki, aprelin 26-da Misir və Qətərin vasitəçiliyi ilə hazırlanan yeni atəşkəs və qarşılıqlı məhbus mübadiləsi razılaşması təklifinin HƏMAS-a təqdim edildiyi və HƏMAS-ın bu təklif üzərində çalışdığı və tezliklə cavab verəcəyi açıqlanıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər