Bayden Missisipi ştatında praymeriz seçkilərində qalib gəlib

Bayden Missisipi ştatında praymeriz seçkilərində qalib gəlib

Bakı. TurkicWorld:

ABŞ prezidenti Co Bayden Corciya və Missisipi ştatlarında keçirilən praymeriz seçkilərində qalib gələrək prezident seçkilərində Demokratlar partiyasının namizədi olmaq üçün lazımi səsləri toplayıb.

TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd olunub ki, martın 12-də Corciya, Missisipi və Vaşinqton ştatlarında keçirilən praymeriz seçkilərinin nəticələrinə görə, Bayden artıq 1968-dən çox deleqatın dəstəyini qazanıb.

Baydenin seçkilərdəki əsas rəqibi, ABŞ-nin keçmiş prezidenti Donald Tramp isə 1215 deleqatın dəstəyini qazanaraq Respublikaçılar partiyasından namizədliyini irəli sürə biləcək.

Respublikaçılar partiyası daxilində Trampın rəqibi, ABŞ-nin BMT yanında keçmiş daimi nümayəndəsi Nikki Heyl bir neçə gün öncə seçki kampaniyasını dayandırıb.

Qeyd edək ki, Respublikaçılar və ya Demokratlar partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli sürəcək şəxs əvvəlcə praymeriz adlanan partiyadaxili seçkilərdə lazımi səsləri toplamalıdır. ABŞ-də prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin olunub.