Bayden İsraili yardım işçilərini qorumamaqda günahlandırıb

Bayden İsraili yardım işçilərini qorumamaqda  günahlandırıb

Bakı. TurkicWorld:

ABŞ prezidenti Co Bayden İsrailin Qəzzaya hücumlarında World Central Kitchen (WCK) yardım komandasının yeddi işçisinin öldürülməsini pisləyib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, o, İsraili yardım işçilərini qorumamaqda günahlandırıb.

Məlumata əsasən, Böyük Britaniya, ABŞ, Kanada, Avstraliya və Polşa hücumda vətəndaşlarını itirdikdən sonra İsrail müstəqil araşdırma aparacağını vəd edib.

Qeyd edək ki, dünən World Central Kitchen (WCK) xeyriyyə komandası yeddi üzvünün İsrailin Qəzzaya hücumu nəticəsində həlak olduğunu təsdiqləyib. Həlak olan yeddi yardım işçisi Avstraliya, Fələstin, Polşa, Böyük Britaniya, həmçinin ABŞ və Kanadanın ikili vətəndaşıdır.

Xatırladaq ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 33 minə yaxın fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.
UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.
Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

X: Lamanasadli01