Ərdoğan Baydenin dəvəti ilə ilk dəfə Ağ Evə gedəcək

Ərdoğan Baydenin dəvəti ilə ilk dəfə Ağ Evə gedəcək

Bakı, TurkicWorld:

Türkiyə prezidenti Ərdoğan mayın 9-da rəsmi qonaq qismində ABŞ-a gedəcək.

TurkicWorld xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Co Baydenin rəsmi qonağı olaraq Vaşinqtona ilk dəfə gedəcək.

Mayın 9-da keçirilməsi planlaşdırılan səfər zamanı iki lider Ağ Evdə görüşəcək.

Qeyd edək ki, ABŞ prezidenti Baydenlə Ərdoğan sonuncu dəfə ötən ilin iyulunda Litvada NATO-nun sammitində görüşüb.