Ərdoğan Qazaxıstanın Baş nazirini qəbul edib

Ərdoğan Qazaxıstanın Baş nazirini qəbul edib

Bakı. TurkicWorld:

Qazaxıstanın baş naziri Oljas Bektenov Ankaraya səfəri çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və vitse-prezident Cevdet Yılmazla görüşüb.

TurkicWorld xəbər verir ki, o, həmçinin, Qazaxıstan-Türkiyə Biznes Forumunda çıxış edib.

Türkiyənin iri şirkət və holdinqlərinin nümayəndələri ilə görüş zamanı investisiya əməkdaşlığı müzakirə olunub.

Qazaxıstan və Türkiyə nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Biznes Forumun ardından investisiya əməkdaşlığı sahəsində ümumi dəyəri 180 milyon ABŞ dollarından çox olan 10 kommersiya sənədi imzalanıb. Bunlara son məhsulların ixracına dair memorandum, logistika qovşağının, o cümlədən soda istehsalı, çiləmə üsulu ilə suvarma avadanlığı, toxunmamış materiallar, o cümlədən suvarma avadanlığının yığılması üzrə bir sıra zavodların tikintisinə dair sazişlər daxildir.

X: Lamanasadli01