Təhlükəsizlik Koordinasiya Mərkəzi ilə bağlı İraqla danışıqlar davam edir

Təhlükəsizlik Koordinasiya Mərkəzi ilə bağlı İraqla danışıqlar davam edir

Bakı. TurkicWorld:

Birgə Təhlükəsizlik Koordinasiya Mərkəzinin prinsiplərinin müəyyən edilməsi üçün İraq tərəfi ilə danışıqlar davam etdirilir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlayıb.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqa səfəri zamanı Türkiyə-İraq münasibətləri geniş kontekstdə müzakirə olundu. Görüşlərdə PKK, FETÖ, İŞİD kimi terror təşkilatlarına qarşı ortaq addımlar və onların genişlənməsi müzakirə edilib. Bu addımlarla bağlı digər razılaşmalarla yanaşı, terrorizmə qarşı birgə mübarizə və təhlükəsizlik sahəsində əməkdaşlıq çərçivəsində saziş və anlaşmalar imzalanıb", - deyə açıqlamada qeyd edilib.

Qeyd edək ki, 22 aprel tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bağdada rəsmi səfər edib.

X: Lamanasadli01