Çinin Bohay dənizində böyük neft ehtiyatı aşkarlanıb

Çinin Bohay dənizində böyük neft ehtiyatı aşkarlanıb

Bakı, TurkicWorld:

Çinin şimal-şərqindəki Bohay dənizində 100 milyon ton xam neft ehtiyatı aşkar edilib.

TurkicWorld xəbər verir ki, Çinin Milli Dəniz Neft Şirkəti Tianjin şəhərindən təxminən 200 kilometr aralıda yeni ehtiyat aşkar edib.

Bohay dənizinin şimal hissələrində, orta dərinliyi 25 metr olan neft yatağında təxminən 100 milyon ton xam neft aşkar edilmişdir.

Qeyd edək ki, Bohay və Cənubi Çin dənizində 2024-cü ildə 700-720 milyon barel neft hasil etmək hədəflənir.