Çində sel və torpaq sürüşmələri nəticəsində 6 nəfər yaralanıb

Çində sel və torpaq sürüşmələri nəticəsində 6 nəfər yaralanıb

Bakı,TurkicWorld

Çinin cənub bölgələrində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində ən azı 6 nəfər yaralanıb,11 nəfər itkin düşüb.

TurkicWorld xəbər verir ki,Şaoquan şəhərində 6, Qingyuan şəhərində isə 5 nəfərin axtarışları davam edir.

Ölkənin cənubundakı Şaoquan, Quançjou, Heyuan, Zhaoqing, Qingyuan, Meizhou və Huizhou şəhərlərində yaşayan ən az 82 min 500 nəfərin təxliyə edildiyi, 48 binaya ciddi ziyan dəydiyi bildirilib.

Şiddətli yağışların təsirinə məruz qalan bölgələrə təxminən 19,4 milyon dollar ziyan dəydiyi bildirilib.