Blinken Çinə səfər edəcək

Blinken Çinə səfər edəcək

Bakı, TurkicWorld:

ABŞ dövlət katibi Antoni Blinken aprelin 24-26-da Çinə rəsmi səfər edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin məlumat verib.

Məlumatda bildirilib ki, ABŞ dövlət katibi Antoni Blinken Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, xarici işlər naziri Vanq Yinin dəvəti ilə aprelin 24-26-da Çinə səfər edəcək.