Çin gərginliyi daha da artıran istənilən hərəkətə qarşıdır

Çin gərginliyi daha da artıran istənilən hərəkətə qarşıdır

Bakı. TurkicWorld:

Çin gərginliyi daha da artıran istənilən hərəkətə qarşıdır.

TurkicWorld xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian İsfahan yaxınlığında eşidilən partlayışlarla bağlı açıqlamasında bildirib.

Qeyd edək ki, səhər saatlarında İsrail İran ərazisinə raket zərbələri endirib.

Aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.

X: Lamanasadli01