Çində son 50 ilin ən güclü daşqını baş verib

Çində son 50 ilin ən güclü daşqını baş verib

Bakı, TurkicWorld:

Çinin Cənubunda son 50 ilin ən güclü daşqını baş verib.

TurkicWorld xəbər verir ki, şiddətli daşqınlar nəticəsində 83 mindən çox insan təxliyə edilib.

Bundan başqa, qasırğalar səbəbindən 1,16 milyon ev elektrik enerjisini itirib, mindən çox məktəb bağlanıb.

Qeyd edək ki, aprelin 18-dən etibarən leysan yağışları və qasırğalar davam edir, nəticədə dağlıq ərazilərdə sürüşmələr başlayıb, çaylarda su səviyyəsi kritik həddi keçib.