Rusiya Latviya

Latviya Rusiya vətəndaşlarının ölkəyə giriş məhdudiyyətlərinin müddətini uzadıb

Bakı. TurkicWorld:

Latviya hökuməti Rusiya vətəndaşlarının ölkəyə girişinə qoyulan məhdudiyyətləri gələn ilin martın 4-dək uzadıb.

TurkicWorld-un məlumatına görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ruslar turizm və istirahət məqsədilə respublika ərazisinə daxil ola bilməyəcəklər.

Qeyd edək ki, 2022-ci il 19 sentyabr tarixində Baltikyanı ölkələr (Latviya, Litva, Estoniya) və Polşa rusların turizm, mədəniyyət, idman və biznes məqsədləri üçün səyahət etdikləri təqdirdə Şengen zonasına girişini bağlayıblar.

Mövzuya görə xəbərlər