Moskvadan Rusiya sərhədçilərinin Ermənistan aeroportundan çıxarılması ilə bağlı açıqlamaya reaksiya

Moskvadan Rusiya sərhədçilərinin Ermənistan aeroportundan çıxarılması ilə bağlı açıqlamaya reaksiya

Bakı. TurkicWorld:

Rusiya öz sərhədçilərinin Zvartnots hava limanından çıxarılmasına dair bəyanatları Ermənistanın qeyri-dost davranışının növbəti nümunəsi kimi qiymətləndirir.

TurkicWorld xəbər verir ki, bu barədə barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinqdə deyib.

"Bunu İrəvanın qeyri-dost davranışının növbəti nümunəsi olaraq nəzərdən keçiririk. Bizə Ermənistan hakimiyyəti tərəfindən bununla bağlı heç bir müraciət daxil olmayıb. Anlayırıq ki, Zvartnots ilə bağlı hadisə daha əvvəl rusiyalı Dmitri Setrakovun ətrafındakı iftiralardan irəli gəlir. Sizi inandıra bilərəm ki, Rusiya nümayəndələri heç bir qeyri-qanuni hərəkət etməyib: biz həmişə suveren dövlətlərin qanunvericiliyinə hörmətlə yanaşırıq", - o deyib.

Qeyd edək ki, bir qədər Ermənistan Milli Yığıncağının sədri Alen Simonyan Rusiya sərhədçilərinin İrəvanda yerləşən Zvartnots hava limanında fəaliyyətini dayandırmalı olduğunu bildirib.

"Mən Rusiya sərhədçilərinin Zvartnots hava limanından çıxarılması məsələsinin müzakirəsində iştirak etməmişəm, lakin fikrimcə, onların oradan getməsi düzgün olar", - deyə Simonyan jurnalistlərə deyib.

Bundan başqa, Simonyan Rusiya sərhədçilərinin lazım gələrsə Ermənistan sərhədlərini qoruyacağına şübhə etdiyini də əlavə edib.