Braziliyanın XİN rəhbəri İsrailin Rəfah hücumları ilə bağlı bəyanat yayıb

Braziliyanın XİN rəhbəri İsrailin Rəfah hücumları ilə bağlı bəyanat yayıb

Bakı. TurkicWorld:

Braziliyanın xarici işlər naziri Mauro Vieira, G20 Xarici İşlər Nazirləri Toplantısında bildirib ki, üzv ölkələrin əksəriyyəti İsrailin Rəfahda planlaşdırdığı əməliyyata qarşıdır.

TurkicWorld-un məlumatına görə, Nazir Vieira, G20 ölkələrinin Fələstin dövlətinin qurulmasında razılaşdıqlarını ifadə edərək, qeyd edib ki, bir çox ölkə İsrailin Rəfahda həyata keçirəcəyini açıqladığı əməliyyata qarşı çıxıb və İsrail hökumətindən bu qərarı nəzərdən keçirməsini və dərhal dayandırmasını tələb edib.

Çoxtərəfli təşkilatlarda islahatlara ehtiyac olduğunu vurğulayan Vieira bildirib ki, Birləşmiş Millətlər Təşkilatı (BMT), Dünya Ticarət Təşkilatı, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu (BVF) kimi əsas təşkilatlarda islahatlara ehtiyac olduğu fikri ilə hamı razıdır.

Vieira, yeni daimi üzvlərin, xüsusilə Latın Amerikası və Afrikanın BMT Təhlükəsizlik Şurasına daxil edilməsi mövzusunda razılaşdıqlarını bildirib.

Qeyd edək ki, G20 Xarici İşlər Nazirləri Toplantısında Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak edib.

Məlumat üçün bildirək ki, dünyanın 20 ən böyük iqtisadiyyatını bir araya gətirən G20 Liderlər Sammiti noyabrda Rio-de-Janeyroda keçiriləcək.