Qəzzada sülhün olması üçün beynəlxaq vasitəçilərə ehtiyac var

Qəzzada sülhün olması üçün beynəlxaq vasitəçilərə ehtiyac var

Bakı. TurkicWorld:

Yaxın Şərqdə sülhün olması üçün beynəlxaq vasitəçilərə ciddi ehtiyac var.

TurkicWorld xəbər verir ki, bu sözləri Trend BİA-nın direktor müavini, “Türk Dünyası” (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu ARB24 telekanalına açıqlamasında deyib.

O qeyd edib ki, Qəzzada keçən ilin oktyabrından davam edən toqquşmalarda ölənlərin sayı 30 minə yaxınlaşır.

“Münaqişənin bir həftəyə bitəcəyi ehtimal edilsə də Qəzzadakı toqquşmalar hələ də davam edir və nəticədə dinc sakinlər əziyyət çəkir. Qəzzada eyni zamanda ciddi humanitar böhran yaşanır", - deyə o bildirib.