Ermənistan hökuməti ortaya konkret mövqe qoya bilmir - Rufiz Hafizoğlu

Ermənistan hökuməti ortaya konkret mövqe qoya bilmir - Rufiz Hafizoğlu

Bakı. TurkicWorld:

Ermənistan hökuməti ortaya konkret mövqe qoya bilmir.

TurkicWorld-un məlumatına görə, bu sözləri Trend BİA-nın direktor müavini, "Türk Dünyası" (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu Azərbaycan Dövlət Televiziyasında çıxışı zamanı deyib.

"Azərbaycan Qarabağda qazandığı zəfərdən sonra bəyat etdi ki, bütün vasitəçilərin missiyaları fiaskoya uğrayıb. Azərbaycan sübut etdi ki, biz öz məsələmizi vasitəçi olmadan da həll edə bilərik və bunu etdik. Ermənistan, Qərbin həm təzyiqi altındadır, həm də təsir dairəsindədir. Münhen görüşündə Paşinyan tamamilə məğlub olmuş bir vəziyyətdə idi. Ermənistan bundan sonra da təxribatlara əl atacaq, amma məsələ burasındadır ki, Ermənistan hökuməti ortaya konkret mövqe qoya bilmir",- deyə o bildirib.

Siyasi şərhçi vurğulayıb ki, Münhen görüşündə Azərbaycan prezidenti birmənalı olaraq bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır və bizə qarşı yönəlmiş bütün təxribatlara sərt şəkildə cavab veriləcək.