Bakı, TurkicWorld
Avropada insan hüquqları polis müşayiəti ilə pozulur. TurkicWorld xəbər verir ki, bu sözləri Trend BİA-nın direktor müavini, “Türk Dünyası” (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu Qərbi Azərbaycan TV-yə açıqlamasında deyib.
“Son günlər başda Fransa olmaqla, erməni diasporunun təsiri altında olan Avropa ölkələri ilə Azərbaycan arasında münasibətlər gərginləşib. Lakin Avropanın Azərbaycana qarşı ikili standart xarakterli münasibəti yeni deyil. Bu münasibətlər məhz Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra gərginləşdi”, -deyə o vurğulayıb.
Siyasi şərhçi onu da qeyd edib ki, bu gün Avropa ölkələrində islamafobiya geniş yayılıb və polisin müşayiəti altında insan hüquqları pozulur.