İslamofobiya Avropada "siyasi epidemiya" halını alıb– Rufiz Hafizoğlu

İslamofobiya Avropada "siyasi epidemiya" halını alıb– Rufiz Hafizoğlu

Bakı. TurkicWorld:

Təəssüflər olsun ki, bu gün bir çox Avropa dövlətlərində İslamofobiya günü-gündən artmaqdadır və bu "siyasi epidemiya" halını alıb.

TurkicWorld xəbər verir ki, bunu Trend BİA-nın direktor müavini, "Türk Dünyası" (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu deyib.

O qeyd edib ki, İslamofobiya Qərbin siyasi dairələri və xüsusən də Fransa tərəfindən vahid bir mərkəzdən idarə olunur.

"Hal-hazırda bir çox Qərb dövlətləri ikinici dünya müharibəsi öncəsi Almaniyanı xatırladır. Artan aşırı sağ və milliyətçi düşüncə bu dövlətlər hər gün daha da güclənməkdədir", - deyə o, bildirib.

R.Hafizoglu qeyd edib ki, bu gün insan haqları və demokratiyadan danışan Qərb dövlətləri demokratik dəyərlərdən çox uzaqdadırlar.

"Nədənsə Quranın polis müşayiəti ilə yandırılması insan haqqıdır, lakin buna etiraz etmək radiklallıq hesab edilir. Başda Fransa olmaqla bir çox Avropa müsəlman ölkələrinə qarşı ikili standartlar tətbiq edirlər" - deyə siyasi şərhçi əlavə edib.

Hafizoğlu hesab edir ki, Avropanın təqdim etdiyi bir çox platformalar artıq dialoq platforma deyil, təzyiq mexanizmi kimi istifadə olunur.