Ermənistan Qərbin növbəti qurbanıdır - Rufiz Hafizoğlu

Ermənistan Qərbin növbəti qurbanıdır - Rufiz Hafizoğlu

Bakı. TurkicWorld:

Ermənistan Qərbin növbəti qurbanıdır.

TurkicWorld xəbər verir ki, bu sözləri Trend BİA-nın direktor müavini, “Türk Dünyası” (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu Baku TW-yə açıqlamasında deyib.

"Ermənistan sülh istəmir. Bunu bir neçə arqumentlə əsaslandıra bilərik, belə ki əgər o sülh istəsəydi, Azərbaycanın təklifini qəbul edərdi, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını istəsəydi, konstitusiyada dəyişiklik edərdi, Türkiyə torpağını qədim erməni torpağı kimi qəbuletmə düşüncəsindən keçərdi və s. Birmənalı olaraq nə erməni xalqının böyük əksəriyyəti, nə də ki, indiki Ermənistan bölgədə sülhün olmasını istəmir",- deyə o bildirib.

Rufiz Hafizoğlu vurğulayıb ki, Ermənistan hakimiyyətinin başa düşməli və ciddi dərs kimi qəbul etmələri lazım olan məqam isə Ukraynada yaşanan hadisələr olmalıdır.

"Çünki Ermənistan düşünür ki, Amerika, Fransa onlara dəstək olacaq. Amma Avropa düşünməlidir ki, Ermənistan hər zaman yeni bir sponsor və himayədar axtarışında olacaq. Ermənistan Fransa və Hindistan üçün açıq bir meydançadır və Qərbin növbəti qurbanıdır",- deyə politoloq əlavə edib.