Ermənistan bir daha sübut etdi ki, sülh istəmir – Rufiz Hafizoğlu

Ermənistan bir daha sübut etdi ki, sülh istəmir – Rufiz Hafizoğlu

Bakı. TurkicWorld:

Azərbaycan sərhədçisinin snayperlə vurulması bir daha sübut edir ki , Ermənistan sülh istəmir.

TurkicWorld xəbər verir ki, bunu Al Arabiyya telekanıla açıqlamasında Trend BİA-nın direktor müavini, “Türk Dünyası” (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu deyib.O qeyd edib ki, Ermənistan olduqca aqressiv mövqe nümayiş etdirir və bu təsadüfi deyil.

“Baş verən hadisə iki dövlət arasında münasibətlərin normallaşmasına zərbədir. Ermənistan hal hazırda Fransa və Hindistandan silah tədarükü edir və bu bir daha onu göstərir ki, onlar sülh istəmir”-deyə o bildirib.