Qaribaşvili istefa verdi

Qaribaşvili istefa verdi

Bakı. TurkicWorld:

Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefa verib.

TurkicWorld Gürcüstan KİV-ə istinadən xəbər verir ki, Qaribaşvili bu barədə xüsusi brifinqdə deyib.

Qeyd edək ki, Qaribaşvili 2021-ci ildən Gürcüstanın baş naziri vəzifəsində çalışıb. 2013-2015-ci illər ərzində də Gürcüstanın baş naziri vəzifəsində çalışan Qaribaşvili, həmçinin, Gürcüstanın hakim "Gürcü arzusu" partiyasının sədridir.

xxx

14:20

Gürcüstanın hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidzenin namizədliyi ölkənin Baş naziri postuna irəli sürüləcək.

TurkicWorld xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, ölkənin hazırkı Baş naziri İrakli Qaribaşvili isə partiyanın sədri vəzifəsinə təyin ediləcək.

"Yanvarın 24-ü sözügedən partiyanın Siyasi Şurasının iclası baş tutub. İclas zamanı fevralın 1-i partiyanın qurultayının keçirilməsi və bu zaman dəyişiklərin elan edilməsi barədə qərar qəbul edilib.

Bununla yanaşı, Kobaxidzenin “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının siyasi katibi də olacaq", - məlumatda qeyd edilib.

Qeyd edək ki, Qaribaşvili Baş nazir vəzifəsini iki dəfə - 2013-2015 və 2021-2024-cü illərdə icra edib. Kobaxidze isə 2021-ci ilin yanvarından hakim partiyanın sədridir.